Avtoreyd.Az Dörd çarx 14 yaşlı Rəsul qayda pozan sürücüləri belə ifşa edir – Bakıda – VİDEO

14 yaşlı Rəsul qayda pozan sürücüləri belə ifşa edir – Bakıda – VİDEO


Bakıda 14 yaşlı Rəsul adlı məktəbli dərsdən sonra boş vaxtlarında şəhərdə qayda pozan sürücüləri aşkarlayır.

Xezerxeber.az məlumat verir ki, əynində polis forması, çiynində paqonları olan balaca yol polisi Rəsul Şahverənli boş vaxtlarında sürüclərin qayda pozuntularının şəklini çəkərək saytlar vasitəsi ilə ictimailəşdirir. O, bu üsulla özündən yaşca böyükləri nizam-intimzama dəvət edir.

46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzinin yetirməsi olan Rəsul dərsdən sonra yol hərəkəti qaydalarını öyrənir. O, öyrəndiklərini praktiki olaraq da həyata keçirir.

Çəkiliş apardığımız vaxt Rəsul elə bir neçə sürücünün qayda pozduğuna görə şəkillərini çəkdi.

Rəsulun bu addımı sürüclər tərəfindən də müsbət qarşılanır.

Amma hamı bu sürücülər və Rəsul kimi məsuliyyətini dərk etmir. Balaca müsahibimiz deyir ki, hərdən sürücülər onunla çox kobud davranır. Amma Rəsulun dayanmaq fikri yoxdur. Ən böyük arzusu isə gələcəkdə həqiqi polis zabiti olmaqdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Related Post

Sürücülərin nəzərinə: Bu yollarda müvəqqəti yol nişanlarına diqqət edin.Sürücülərin nəzərinə: Bu yollarda müvəqqəti yol nişanlarına diqqət edin.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinindən AvtoReyd.Az -a verilən məlumata görə,avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-70-ci km-lik hissəsində, həmçinin  Dövlət Bayraq Meydanından Lökbatan dairəsinədək olan ərazidə bu

Magistral yolda təhlükəli an: Yük avtomobili daşıdığı qumu yola tökür – VİDEOMagistral yolda təhlükəli an: Yük avtomobili daşıdığı qumu yola tökür – VİDEO

İndi sizə təqdim edəcəyimiz görüntüdə qum daşıyan ağır tonnajlı yük avtomobilinin sürücüsü daşıdığı yükün yolda dağılmasına əhəmiyyət verməyərək, hərəkətə davam edir. Sosial şəbəkələrdə yayılan bu görüntü polis tərəfindən nəzarətə götürülüb