Avropada təxminən 100 milyon avtomobilin nitrogen oksid qazını havaya buraxması nəticəsində ildə 5000 insan dünyasını dəyişir.
AvtoReyd.Az Publika.az-a istinadən xəbər verir ki, bu rəqəm Norveç Meterologiya və Tətbiqi Sistemlər Analizi Universitetinin araşdırmaları nəticəsində ortaya çıxıb.
Bununla yanaşı, havada bu qazların miqdarının çox olması ildə ən az 10 000 körpənin doğulmadan ölümünə səbəb olur.
Nitrogen oksidlə ən çox çirklənən ölkələrəİtaliya, Almaniya və Fransa başçılıq edir.
Norveç, Finlandiya, Cənubi Kipr isə sonuncu yerləri bölüşdürürlər.