Avtoreyd.Az Hadisə Moskvada Azərbaycan vətəndaşı güllələndi – VİDEO

Moskvada Azərbaycan vətəndaşı güllələndi – VİDEO


Moskvada Azərbaycan vətəndaşı güllələnərək öldürülüb.

AvtoReyd.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə bu gün Moskvanın cənubunda baş verib. “Azərbaycan vətəndaşı yaxın məsafədən açılan atəş nəticəsində ölüb. Qətlin əvvəlcədən planlaşdırıldığı güman edilir. Hazırda sifarişli qətl versiyası nəzərdən keçirilir”, mənbə bildirib.

Moskva üzrə Daxili İşlər Nazirliyi Baş İdarəsindən faktı təsdiqləsələr də, hadisənin detallarını açıqlamayıblar.

Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

Related Post

Övladlarının yandırdığı 40-dan artıq skuterə görə 15000 dollardan çox vəsait ödəməli olacaqlar (Video)Övladlarının yandırdığı 40-dan artıq skuterə görə 15000 dollardan çox vəsait ödəməli olacaqlar (Video)

Avtoreyd.az bildirir ki, Çinin Şensi əyalətindən olan yanğın söndürənlər dayanacaqdakı 40-dan çox yanan skuteri uğurla söndürə biliblər. Lakin belə xoşagəlməz hadisənin  necə və hansı səbəblərdən baş verməsi müşahidə kamerasının lentə aldıqlarına