Bakının Yasamal rayonunda, Əbdülvahab Salamzadə küçəsində genişləndirilmə işləri aparılıb. Bu barədə AvtoReyd.Az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, genişləndirilən yol hissəsinin uzunluğu 400 metrdir. Küçənin “Qələbə dairəsi”nə doğru olan hissəsində əsas yolla köməkçi yolu ayıran ayrıcı zolaq ləğv edilib. Nəticədə sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti təmin olunub, həmçinin əlavə daha 1 hərəkət zolağı yaranıb. Genişləndirmə işləri aparılan hissəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib və yola üfiqi nişanlanma xətləri çəkilib.
Salamzadə küçəsində genişləndirmə işləri aparıldı – FOTO
Related Post
Sabah hava küləkli olacaqSabah hava küləkli olacaq
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə duman olacaq, cənub
Həftənin ilk iş günü üçün hava proqnozuHəftənin ilk iş günü üçün hava proqnozu
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. AvtoReyd.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, cənub-şərq küləyi axşam mülayim
Manaf Ağayevin “avtoş” oğlu bakıda “at oynadır” (Foto)Manaf Ağayevin “avtoş” oğlu bakıda “at oynadır” (Foto)
Zaman-zaman yerli mediada məmur övladlarının avtoxuliqanlıq etdiyi barədə məlumatlarla rastlaşırıq. Onlardan ən qalmaqallı yaddaqalanı Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisi Nurpaşa Abdullayevin oğlu, Azərbaycan Dillər Universitetinin tələbəsi Nicat Abdullayevdir. Məmur