Avtoreyd.Az Avtoxəbər Türkiyədə ilk qadın trolleybusu fəaliyyətə başlayıb (Video)

Türkiyədə ilk qadın trolleybusu fəaliyyətə başlayıb (Video)

| | 0 Comments | 19:56

Avtoreyd.az bildirir ki, Türkiyənin cənub-şərqində yerləşən Malatya şəhərində yalnız qadınlar üçün nəzərdə tutulmuş trolleybuslar xəttə buraxılıb.

Üzərində çobanyastıqları təsvir olunan çəhrayı rəngli trolleybusların sürücüləri də qadınlardır.

Qeyd olunur ki, trolleybuslar qadınların xahişi ilə marşrut xəttinə buraxılıb. Onlar bu şəkildə harasa getməyin daha rahat olduğunu bildirirlər.

Yenilik Türkiyədə böyük ictimai rezonansa səbəb olub. Sosial şəbəkələrdəki rəylərə görə bəzi qadınlar yeni nəqliyyat formatını məmnuniyyətlə qəbul ediblər. Xanımlar hesab edir ki, kişilərsiz onlar özlərini daha təhlükəsiz hiss edəcəklər. Digərləri isə əksinə, belə təşəbbüsləri dünyəvi dövlət prinsiplərinə zidd hesab edir və insanların bölünməsini düzgün addım saymır.

Related Post

Ural T25.422 dartıcı-qoşqulu yük avtomobilinin yol versiyası təqdim edilib (Fotolar+Video)Ural T25.422 dartıcı-qoşqulu yük avtomobilinin yol versiyası təqdim edilib (Fotolar+Video)

Avtoreyd.az bildirir ki, Comtrans-2017 sərgisində ümumi istifadə edilən yollar üzrə hərəkət üçün sertifikatlaşdırılmış “Ural” dartıcı-qoşqulu yük avtomobili təqdim edilib. Avtomobil 44 tona qədər kütləylə avtoqatar tərkibində hərəkət üçün nəzərdə tutulub. Zəruri