Biləsuvar rayonunda mikroavtobusun aşması nəticəsində 22 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
AvtoReyd.Az Report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Nəsimikənd kəndində qeydə alınıb.
Fəhlələr pambıq yığımından qayıdırlarmış.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
AvtoReyd.Az