Avtoreyd.Az Avtoxəbər ABŞ-da şəhər rəhbərliyi kolleksiyaçını 200 avtomobilini satmağa məcbur edib (Video)

ABŞ-da şəhər rəhbərliyi kolleksiyaçını 200 avtomobilini satmağa məcbur edib (Video)

| | 0 Comments | 23:12

Avtoreyd.az bildirir ki, Miçiqan ştatının Nortfild şəhər rəhbərliyi yerli sakin Ron Dozeti avtomobillərdən ibarət böyük kolleksiyasını satmağa məcbur edib. Buna yerli administrasiyanın qətnaməsi səbəb olub. Belə ki, həmin sənədə əsasən qeydiyyatsız nəqliyyat vasitələrinin açıq havada saxlanılması qadağandır.

Hazırda Ronun kolleksiyasında 200-dən artıq avtomobil var. Bunlar əsasən BMW, Volkswagen və Saab kimi Avropa istehsalı olan modelləridir. Amma onların arasında nadir nüsxələr də var. Məsələn, Dodge Dakota Sport Convertible, hansı ki, dörd min nüsxə ilə buraxılıb, və ya Willys Jeepster Commando.

Baxmayaraq ki, bütün maşınlar şəxsi ərazidə saxlanılır, şəhər rəhbərliyi kolleksiyanı “qeyri-leqal zibillik” adlandıraraq, Ron Dozeti aya 20 maşın satmağa məcbur edib.

Related Post