Avtoreyd.az bildirir ki, Avstriyanın Kreisel şirkəti Arnold Şvartsenegger üçün dünyada ilk elektrik Hummer H1 avtomobilini istehsal edib.
Yolsuzluq avtomobili cəmi iki ay ərzində hazırlanıb. Qabaq və arxa oxunda elektromotorlarla təchiz edilən Hummer H1 490 at gücünə malikdir. Mühərrikləri həcmi 100 kilovat-saat batareya dəstindən qidalanan avtomobilin gediş ehtiyatı 300 kilometr təşkil edir. Ekoloji “Hummer”in çəkisi isə 3300 kiloqramdır. Saatda 100 km-lik məsafəni qət etmək üçün maşına 5,6 saniyə lazımdır.
Onu da qeyd edək ki, Arnold Şvartsenegger üçün yeganə nüsxədə hazırlanan avtomobili istehsalçıların kütləvi şəkildə buraxmaq planı yoxdur.