Avtoreyd.az bildirir ki, Monako ərazisində altıtəkərli Brabus B63S 700 6×6-da hərəkət edən ərəb ailəsinin mühafizəçilərini şəhəri tərk etməyə məcbur ediblər. Belə ki, maşın knyazlığın avtomobil dayanacaqları və dar küçələri üçün həddən çox böyük olub.
Məşhur kazino yaxınlığında uğursuz parklama cəhdindən sonra, avtomobil yaxınlıqdakı küçələr boyunca bir neçə dəfə dövrə vurduqdan sonra iki Pagani Huayranın müşayiəti ilə Monakonu tərk edib.
Brabus B63S 700 6×6- G63 AMG 6×6 əsasında hazırlanıb. Model 700 at gücünə malik 5,5-litrlik biturbomotor V8-lə təchiz olunub. Avtomobil 100 km-lik məsafəni 7,4 saniyə ərzində qət edir. “Mersedes” cəmi 100 ədəd G63 AMG 6×6-ın buraxdığından, Brabusun bu versiyasını çox nadir hesab etmək olar.