Avtoreyd.Az Gündəm Hərəkət olmayan yola qadağanedici nişan qoyulub – VİDEO

Hərəkət olmayan yola qadağanedici nişan qoyulub – VİDEO


Bərdə rayonu Heydər Əliyev prospektində hərəkət olmayan yolda dayanma-durmanı qadağan edən yol nişanı qoyulub.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirir ki, bir neçə ildir Rayon İcra Hakimiyyətinin qarşısından keçən yolda hərəkət yoxdur. Həmçinin, küçənin girişində və sonunda dayanma və durmanı qadağan edən nişan qoyulub. Burada avtomobil saxlayan sürücülər yol polisi tərəfindən cərimələnir.

Sakinlər bildirir ki, qadağanedici nişanlar əsasən avtomobillərin gediş-gəlişinə maneə yaranan ərazilərdə quraşdırlır. Heç bir hərəkət olmayan küçədə belə bir yol nişanının qoyulmasını doğru hesab etmirlər. Sakinlərin sözlərinə görə, ətrafda yaşayanlar avtomobili saxlamağa yer tapmır.

Məsələ ilə bağlı Bərdə rayon Dövlət Yol Polisi Bölməsindən “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən ərazidə həmin yol nişanı bir necə ildir ki, quraşdırılıb. Lakin nişanlarla bağlı bütün səlahiyyət “Siqnal” İdarəsinə məxsusdur. Rayon Siqnal İdarəsindən isə bildirdilər ki, şəhərdaxili bütün küçə və prsobektlərə yol nişanlarının yerləşdirilməsi İcra Hakimiyyətinin məktubu və icazəsi əsasında həyata keçirilir.

Related Post

Nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi haqqında əsasnamədə dəyişikliklər edilibNəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi haqqında əsasnamədə dəyişikliklər edilib

“Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında əsasnamə”də dəyişikliklər edilib. AvtoReyd.Az xəbər verir ki, bu barədə qərarı Baş nazir imzalayıb.