Avtoreyd.az bildirir ki, İsveçrənin “Syona” futbol klubunun prezidenti Kristian Konstantin əvvəllər İsveçrə yığmasının məşqçisi olan, hazırda isə müxbir işləyən Rolf Frinqerə yumruqla hücum edib.
Futbol klubunun prezidenti sabiq məşqçini “Luqano”-“Syona” matçı zamanı döyüb. Kameranın obyektivinə hadisənin yalnız son mərhələsi düşüb. Rolf Frinqerə “Syona” prezidenti Kristian Konstantini tez-tez tənqid edərək, onu narsisizm və eqoizmdə ittiham edib. Bundan başqa onu insanlar qarşısında özünü apara bilməməkdə də günahlandırıb.