Avtoreyd.Az Gündəm Muğanlı-İsmayıllı yolunda payız-qış mövsümünə hazırlıq işləri görülür – FOTO

Muğanlı-İsmayıllı yolunda payız-qış mövsümünə hazırlıq işləri görülür – FOTO


Payız-qış mövsümü ilə əlaqədar olaraq “Azəravtoyol” ASC tərəfindən avtomobil yollarında kompleks tədbirlər həyata keçirilir, dağlıq ərazilərdən və sürüşmə zonalarından keçən yollarda qabaqlayıcı addımlar atılır.

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində Muğanlı-İsmayıllı avtomobil yolunun 1-10-cu km-lik hissəsində təmir-bərpa işləri görülür.

Sözügedən yolun sürüşmə ərazilərindən keçən hissələrində bərkitmə işləri aparılır, yolun çiyinləri artıq qruntdan təmizlənərək genişləndirilir. Bundan başqa daödan axan yağış və qrunt sularının yolun asfalt-beton örtüyünün altına daxil olmasının qarşısını almaq məqsədi ilə drenajlar qazılır, su ötürücü boruların giriş-çıxış hissələri təmizlənir və yenidən bərpa edilir.

Hal-hazırda da payız-qış mövsümünə hazırlıq məqsədi ilə görülən işlər davam etdirilir. Yaxın günlərdə qabaqlayıcı tədbirlər yolun 10-12 və 26-29-cu km-lik hissələrində də aparılacaq.

Ümumilikdə payız-qış mövsümünə hazırlıq çərçivəsində Muğanlı-İsmayıllı avtomobil yolunda görülən işlərə “Azəravtoyol” ASC-nin “9 №-li Yol İstismarı” MMC-i tərəfindən lazımi sayda canlı qüvvə və 10-dan artıq maşın-mexanizm cəlb olunub.

AvtoReyd.Az

Related Post

Şamaxı rayonunun Göylər-Quşçu avtomobil yolunun tikintisinə 3,9 milyon manat ayrılıbŞamaxı rayonunun Göylər-Quşçu avtomobil yolunun tikintisinə 3,9 milyon manat ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonunun Göylər-Quşçu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. AvtoReyd.Az xəbər verir ki, sənədə əsasən, on dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Göylər-Quşçu