Avtoreyd.Az Gündəm “Qarabağ”–“Roma” oyununun azarkeşləri stadiona xüsusi avtobuslarla daşınacaq

“Qarabağ”–“Roma” oyununun azarkeşləri stadiona xüsusi avtobuslarla daşınacaq


Sentyabrın 27-də Avropa Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ”–“Roma” görüşünü izləyəcək biletli tamaşaçıların daşınması Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən ayrılan xüsusi ekspress xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək.

BNA-dan daxil olan məlumata görə, oyun günü Bakı Olimpiya Stadionunun ərazisinə şəxsi nəqliyyat vasitələrinin, eləcə də taksi minik avtomobillərinin girişi tam olaraq məhdudlaşdırılacaq.

Bu səbəbdən də biletli tamaşaçılara Bakı Olimpiya Stadionuna rahat və vaxtında gəlmək üçün metrodan və ya Bakı Nəqliyyat Agentliyinin ayırdığı ekspress xətt avtobuslarından istifadə etmək tövsiyə edilir.

“Əvvəlcədən müəyyən edilən plana uyğun olaraq, biletli tamaşaçılar saat 16:30-dan etibarən metronun “Qara Qarayev” stansiyasının qarşısından X1 Express xətti və metronun “Gənclik” stansiyasının qarşısından X2 Express xətti üzrə Bakı Olimpiya Stadionuna daşınacaq.

Mərasim bitdikdən sonra da tamaşaçılar ekspress xətt avtobuslarla fasiləsiz və təhlükəsiz şəraitdə operativ şəkildə əvvəlcədən müəyyən olunmuş nöqtələrə – yəni, metronun “Qara Qarayev” və “Gənclik” stansiyalarına geri daşınacaq”,- deyə məlumatda əlavə edilib.

Qeyd edək ki, biletli tamaşaçıların ekpress xətt avtobusları ilə Bakı Olimpiya Stadionuna, eləcə də əks istiqamətdə daşınması ödənişsiz həyata keçiriləcək.

AvtoReyd.Az

Related Post

Cəriməsini ödəməyən piyadalar üçün yeni cəza – yayınmaq mümkün olmayacaq – VideoCəriməsini ödəməyən piyadalar üçün yeni cəza – yayınmaq mümkün olmayacaq – Video

Cəriməsini ödəməkdən imtina edən piyadalara qarşı tədbirlər gücləndirilib. Bundan sonra yol hərəkəti qaydalarını pozduqları üçün cərimələnən piyadalar cərimələrini ödəməsələr, bəzi sənədləri ala bilməyəcəklər. Avtoreyd.az Xezerxeber.az-a istinadən bildirir ki, piyadalara qarşı tətbiq

BNA-nın baş direktoru: “İslam Həmrəyliyi Oyunları zamanı tamaşaçıların daşınması üçün 228 avtobus cəlb olunub”BNA-nın baş direktoru: “İslam Həmrəyliyi Oyunları zamanı tamaşaçıların daşınması üçün 228 avtobus cəlb olunub”

“Nəqliyyat tədbirlərinin düzgün koordinasiyası paytaxt sakinlərinin gündəlik həyatında yarana biləcək maneələrin minimuma endirilməsinə imkan verəcək”. AvtoReyd.Az APA-ya istinadən məlumat verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Azərbaycanın birinci