“Jaguar Land Rover” şirkəti artıq tamamilə yeni model hazırlayır.

AvtoReyd.Az Publika.az-a istinadən bildirir ki, yeni model “Road Rover” adlandırılacaq, “Mercedes-Benz S”-sinfinin rəqibi ola biləcək və elektriklə işləyəcək.

Tam ötürücü sistemi 2 elektromotor təmin edəcək. Təmtəraqlı elektrokarın gediş ehtiyatının təxminən 500 kilometr təşkil edəcəyi planlaşdırılır və ilk 100 km/saatı o, 5.5 saniyə ərzində yığa biləcək.

Gözlənilir ki, “Road Rover” 2019-cu ildə Los-Ancelesdə noyabr sərgisində nümayiş etdiriləcək. Markanın qiymətinə gəlincə, “Road Rover” təxminən 102 min avro dəyərləndirilir.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.