Avtoreyd.Az Dörd çarx Daha bir ərazidə rahat gediş-gəliş təmin olunur – FOTO

Daha bir ərazidə rahat gediş-gəliş təmin olunur – FOTO


Avtomobil yollarında, küçə və prospektlərdə vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci km-də, “Sulutəpə dairəsi”ndən Biləcəri qəsəbəsi istiqamətində (daş bazarı) olan yolun təmirinə start verilib.

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə, təmir işləri “Sulutəpə dairəsi”ndən Biləcəri qəsəbəsi istiqamətində təqribən 500 m-lik və Baş Dövlət Yol Polisinin stasionar postuna qədər olan 250 m-lik məsafəni əhatə edir. Ümumilikdə təmir işlərinin aparıldığı sahə 17 min m2-ə yaxındır.

Sözügedən ərazidə aparılan təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Bəzi ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi məqsədi ilə işlər görülür. Daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Qeyd edək ki, bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin ümumi hərəkətə maksimal dərəcədə mane olmamaq şərti ilə qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Related Post

Yanvarın 12-dən 38 nömrəli marşrut avtobuslarında gediş haqqı “Bakı Kart” vasitəsilə ödəniləcəkYanvarın 12-dən 38 nömrəli marşrut avtobuslarında gediş haqqı “Bakı Kart” vasitəsilə ödəniləcək

Müntəzəm marşrut xətləri üzrə avtobusların “Bakı Kart” sisteminə inteqrasiyası davam edir. Bu çərçivədə yanvarın 12-dən etibarən 38 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “Bakı Kart” vasitəsilə ödəniləcək.