Avtoreyd.Az Dörd çarx Bakıda yerüstü keçiddən istifadə etməyən piyadalar : “Tələsirəm”, “Görmədim”, “Bir də olmaz…”

Bakıda yerüstü keçiddən istifadə etməyən piyadalar : “Tələsirəm”, “Görmədim”, “Bir də olmaz…”


Vətəndaşların yerüstü piyada keçidindən istifadə etməmələri bir sıra hallarda ölüm və xəsarətlərlə nəticələnir.

Keçən ay baş verən, piyada vurulması ilə nəticələnən avtoqəzaların bir qismi piyada keçidinin altında və yaxınlığında baş verib.

Xətai rayonu, Nobel prospektində qeyd olunan problemi araşdırmaq məqsədi ilə videoreportaj hazırlayıb. Həmin ərazidə 6 yerüstü piyada keçidinin olmasına baxmayaraq, piyadaların çoxu onlardan istifadə etmir, nəqliyyat üçün nəzərdə tutulmuş yoldan keçirlər.

Çəkilişin aparıldığı 1 saat ərzində 48 nəfər piyada keçidi vasitəsilə deyil, avtomobillərin sürətlə hərəkət etdiyi yoldan istifadə edərək yolu keçiblər, onların içərisində ailə üzvləri, hətta körpə uşağı ilə keçənlər də olub. Həmin vətəndaşların əksəriyyəti özlərini haqlı çıxarmağa çalışıblar, bəziləri piyada keçidini görmədiyini bildiriblər.

“Niyə keçiddən istifadə etmirsiniz, həyatınızı təhlükəyə atırsınız?” sualına ən çox verilən cavablar isə belədir: “Tələsirəm”, “Görmədim”, “Birdə olmaz”…

“Report”

Related Post

DİQQƏT! Xəbəriniz olmadan adınıza cərimə, sürücülük vəsiqəsinə isə bal yazıla bilər – VİDEODİQQƏT! Xəbəriniz olmadan adınıza cərimə, sürücülük vəsiqəsinə isə bal yazıla bilər – VİDEO

Özünüzün də xəbəriniz olmadan adınıza cərimə, sürücülük vəsiqəsinə isə bal yazıla bilər. Xezerxeber.az-ın məlumatına görə, bəzi avtomobil sahibləri cərimələrdən gələn balların öz sürücülük vəsiqəsinə düşməməsi üçün yeni üsula əl atırlar.