Avtoreyd.Az Gündəm Hidrometeoroloqlardan və həkimlərdən – XƏBƏRDARLIQ

Hidrometeoroloqlardan və həkimlərdən – XƏBƏRDARLIQ


“Azərbaycanda qeyri-sabit hava şəraiti sentyabr ayının axırına kimi davam edəcək”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, ölkə ərazisində arabir yağış yağacağı gözlənilir: “Müxtəlif yerlərdə yağış intensiv olacaq. Havanın temperaturu günorta saatlarında 17-22, dağlıq ərazilərdə isə 10-15 dərəcə arasında dəyişəcək”.
Növbəti günlərdə Bakının hava şəraitinə gəlincə G.Məmmədova vurğulayıb ki, paytaxtda yağan intensiv yağışlar növbəti günlərdə zəifləyəcək: “Paytaxtda fasilələrlə yağış yağacaq. Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək”.
Belə hava şəraitində isə həkimlər diqqətli olmağı məsləhət görürlər.
Payız və qış aylarının soyuq günlərində xəstəliklərdən qorunmaq üçün xüsusilə C vitamini ilə zəngin qidalara önəm vermək lazımdır. Bununla yanaşı digər vitaminləri də qəbul etmək vacibdir.
Bu barədə danışan Neftçilər Xəstəxanasının şöbə müdiri Ədalət Abdullayev xüsusi risk qrupuna daxil olan insanların ildə bir dəfə qrip əleyhinə peyvənd olunmasını məsləhət görür.
Şöbə müdiri immun sisteminin gücləndirilməsi üçün qida rasionuna da fikir verilməli olduğunu deyir.
“Havalar soyuduqda immunitet aşağı düşür, eləcə də, viruslar var ki, mənfi dərəcədə aktivləşirlər. Daha doğrusu soyuq havada onların çoxalması müşahidə edilir. Belə vaxtı insanlar özlərini qorumaq üçün müəyyən tədbirlər görməlidirlər. Müqavimətin qaldırılması məqsədilə meyvə – tərəvəzlərdən daha çox istifadə edilməlidir. Soyuqdan qorunmaq üçün qalın paltarlar geyinilməlidir”.(oxu.az)

Related Post

BNA avtobus sürücüsünün polis tərəfindən saxlanmasına aydınlıq gətirib (Foto)BNA avtobus sürücüsünün polis tərəfindən saxlanmasına aydınlıq gətirib (Foto)

Bakı Nəqliyyat Agentliyi marşrut avtobusunun sürücüsünün polis tərəfindən saxlanması ilə bağlı məsələyə aydınlıq gətirib. Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, sentyabrın 12-də saat 21:15-də Zabrat-Maştağa yolunda Hüseyn Aslanovun idarə etdiyi

Sulutəpə qəsəbəsində yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb – FOTOSulutəpə qəsəbəsində yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb – FOTO

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə, Bakı-Şamaxı avtomobil yolunun 12.8-ci km-də, Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb. Dəmir-beton özül dayaqları üzərində qurulan metalkonstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və