Avtoreyd.Az Gündəm Polis generalı: Bakı Nəqliyyat Agentliyi böyük səhvə yol verir

Polis generalı: Bakı Nəqliyyat Agentliyi böyük səhvə yol verir


Avtobuslar o metrostansiyalardan insanları daşıyanda gecikiblər.

Bakı Nəqliyyat Agentliyi “Qarabağ” – “Roma” oyunundan sonra stadiondan çıxan azarkeşlərin daşınmasında problemin yaranmasına və izdihama görə polisi günahlandırıb. Qurumun sözçüsü Mais Ağayevbildirib ki, polis yanlış olaraq insanları metroya istiqamətləndirib və azarkeşlər onlar üçün ayrılan avtobuslardan istifadə edə bilməyib.

AvtoReyd.Az Oxu.Az-a istinadən məlumat verir ki, yaradılan polis qərargahının rəhbəri, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab BağırovQafqazinfo-ya açıqlamasında bildirib ki, polis əməkdaşları insanları avtobuslar dayanan əraziyə yönləndirsə də, azarkeşlər özləri ora getmək istəməyib: “Bu o demək deyil ki, polis insanları avtobusa minməyə qoymayıb. Onlar bizi necə ittiham edə bilərlər? Bakı Nəqliyyat Agentliyi belə deməklə böyük səhvə yol verir. Camaat avtobusa getmək istəmir, mən nə edə bilərdim? Yağış yağdığı üçün insanlar qısa yol axtarırdı, avtobuslara kimi olan məsafə isə uzaq idi. Avtobuslar oyun başlamadan öncə metrostansiyalardan insanları daşıyanda gecikiblər, camaat da buna görə qayıdanda avtobuslara minmədi.

Avropa Oyunlarında, İslam Oyunlarında 30-40 min adam üçün yüksək səviyyədə təşkilatçılıq işləri görülmüşdü. Orada təşkilatçıların xeyli sayda könüllüləri var idi, istiqamətləndirici işarələr qurulmuşdu. Oyunlardan öncə dəfələrlə yoxlanılmışdı. Dünənki təşkilatçılıq isə o oyunlar zamanı görülən işlərlə müqayisə olunası deyildi. Amma əksinə dünən 70 min adam var idi, onları yola salmaq asan deyil”.

S. Bağırov bildirib ki, dünən azarkeşlərin idarə olunmasında təşkilatçılıq tək polisin üzərində idi: “Ola bilər kimsə əziyyət çəkdi, amma polis hamıdan çox əziyyət çəkdi. Polis qarşısına qoyulan tapşırığı tam yerinə yetirdi. Saat 11-də hamı dağılışıb getdi, yol polisi isə yol hərəkətinin təşkilini tənzimləmək üçün gecə saat  2 radələrinə kimi xidmət apardı”.

Related Post

Metronun “Sahil” stansiyasının təmirə bağlanacağı vaxt açıqlandıMetronun “Sahil” stansiyasının təmirə bağlanacağı vaxt açıqlandı

Avqustun 21-də səhər saatlarından metronun “Sahil” stansiyası təmirə bağlanır. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən AvtoReyd.Az-a verilən məlumata görə, təmir müddətində stansiyada quraşdırılmış “LT-3” tipli 3 eskalator sökülərək, yerində Almaniyanın “ThyssenKrupp Fahrtreppe”

“Bakubus” avtobuslarında MÜBAHİSƏ – Kondisioner işləmirsə, sərnişin nə etməlidir?“Bakubus” avtobuslarında MÜBAHİSƏ – Kondisioner işləmirsə, sərnişin nə etməlidir?

Son günlər “Bakubus”a məxsus avtobuslarda sürücü ilə sərnişin arasında “kondisioner mübahisələri”nin şahidi oluruq. Havalar isti olduğu üçün sərnişinlərin şikayətləri çoxdur. Bəzi sürücülər istiyə rəğmən bilərəkdən kondisioneri yandırmırlar. Maraqlıdır, sürücülərin bu

Bu küçədə hərəkət dəyişdiriləcək, 2 prospektdə nəqliyyat yükü azalacaq (Foto)Bu küçədə hərəkət dəyişdiriləcək, 2 prospektdə nəqliyyat yükü azalacaq (Foto)

Paytaxt küçələrindən birində hərəkət dəyişdiriləcək. Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Trend-ə bildirib ki, bu yay hərəkətin dəyişdiriləcəyi ünvanlardan biri Fəzail Bayramov küçəsidir. M.Ağayev deyib