Bakının “Memar Əcəmi” metrostansiyası yaxınlığında evakuator yol hərəkəti qaydalarını pozub.
Belə ki, sayrışan işıqları qoşmayan evakuatorun sürücüsü yolun əks istqamətində dayanaraq maşını yük hissəsinə qaldırmağa çalışır.
Videonu BAKU.WS -ə göndərən sakinlər iddia edirlər ki, həmin ərazidə saat 09:00-dan 18:00-a qədər maşınlara yolun kənarında dayanmağa icazə verilir.
Evakuator sürücüsünün bu hərəkəti yolda maşınların hərəkətinə də mane olur.