Avtoreyd.Az Gündəm Cərimələrin 25 faizi DYP əməkdaşlarının maaşına artırılacaq

Cərimələrin 25 faizi DYP əməkdaşlarının maaşına artırılacaq


Avtomobil yollarında sürücülərə qarşı tətbiq edilən cərimələrdən əldə olunan vəsaitin 25 faizi Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavə olunacaq.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” qərarına edilən dəyişiklikdə qeyd olunub.

“Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarının 1.4- cü bəndinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“1.4. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikası DİN-i tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin II hissəsinə əsasən müəyyən edilən hesabına köçürülən vəsaitin 25 faizi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olunur”, – deyə qərarda bildirilir.

Related Post

Yolda işıqlanmanın olmaması qəzaya səbəb oldu – Yük maşını dəmir maneəyə çırpıldı – VİDEO – FOTOYolda işıqlanmanın olmaması qəzaya səbəb oldu – Yük maşını dəmir maneəyə çırpıldı – VİDEO – FOTO

Bakı-Qazax magistral yolunda yük avtomobili maneəyə çırpılıb. AvtoReyd.Az ARB 24-ə istinadən xəbər verir ki, hadisə Goranboyun Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Soğanla dolu “Qazel” yol kənarındakı dəmir maneəyə dəyib.

Sürücülük vəsiqələri beynəlxalq standartlara cavab vermir – DƏYİŞİKLİK OLACAQSürücülük vəsiqələri beynəlxalq standartlara cavab vermir – DƏYİŞİKLİK OLACAQ

Azərbaycanın sürücülük vəsiqələri beynəlxalq standartlara cavab vermir. Odur ki, Azərbaycanda sürücülük hüququ ilə bağlı yeni altkateqoriyalar müəyyənləşdirilir. Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı ”Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişiklik edilir.