Avtoreyd.Az Dörd çarx Kamera var, amma haranı çəkdiyi bilinmir – Söhbət avtobuslara quraşdırılan kameralardan gedir – VİDEO

Kamera var, amma haranı çəkdiyi bilinmir – Söhbət avtobuslara quraşdırılan kameralardan gedir – VİDEO


Paytaxda fəaliyyət göstərən marşurut avtobuslarından birində kamera sərnişin və sürücünü çəkmir. Kameranın obyektivi avtobusun tavanını baxır. Həmin görüntünü sərnişinlərdən biri çəkərək ”XəzərXəbər”in votsap nömrəsinə göndərib.

Müşahidə kamerası sərnişinləri və sürücünü yox, avtobusun tavanını çəkir.

Görüntülər paytaxda 30 saylı xəttdə hərəkət edən marşurut avtobuslarından birində sərnişinlər tərəfindən çəkilib.

Kadrlardan da aydın olur ki, avtobusun salonundakı kamera sərnişinləri və sürücünün hərəkətlərini qeydə almır. Yəni avtobusda hər hansı bir oğurluq vəya xoşagəməz hal baş versə həmin an kameralara düşməyəcək.

Məsələ ilə bağlı sözügedən xəttin dispetçeri Ələsgər Mustafayev deyir ki, həmin vaxt kameralar yeni quraşdırıldığından sınaq müddətində olub. Artıq bir neçə vaxtdır ki, kameralar işləyir və heç bir problem yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Nəqliyyat Agentliyinin daşıyıcı sirkətlər qarşısında avtobuslarda kameraların quraşdırılmasını əsas tələblərdən biri kimi qoymuşdu.

Avtobuslarda onların bütün salonunu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən, qeydə aldığı məlumatları, ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş kameralar olmalıdır.

Related Post

BNA müsabiqə elan edirBNA müsabiqə elan edir

Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,1, 2, 18, 61, 147 və 217  nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb. Daxil olan vətəndaş müraciətləri əsasında sadalanan  müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb

Sərnişinlər qapıdan sallanıb gedir: Belə hallara pik saatlarda rast gəlinir – VİDEOSərnişinlər qapıdan sallanıb gedir: Belə hallara pik saatlarda rast gəlinir – VİDEO

Sərnişinlər avtobusun içərisində deyil, qapıdan bayırda, qapıdan sallanaraq gedirlər. Paytaxtdakı sərnişin avtobuslarından birində qeydə alınan hadisənin görüntülərini vətəndaşlardan biri çəkərək “XəzərXəbər”in votsap nömrəsinə göndərib. Avtobusun sahibkarı hadisənin baş vermə səbəbini