Avtoreyd.Az Hadisə Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb

Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb


AvtoReyd.Az“Report”a istinadən xəbər verir ki, hadisə “Koroğlu” metrostansiyasının Nizami rayonu ərazisində yerləşən hissəsində qeydə alınıb.

Metrodan çıxan orta yaşlı kişi çıxışda pilləkənləri qalxarkən qəfil halı pisləşərək dünyasını dəyişib.

Ətrafdakı insanlar hadisə yerinə “təcili yardım” maşını çağırıblar. Xidmətin həkimləri ilkin rəy kimi onun ürək tutmasından öldüyünü bildiriblər.

Buna baxmayaraq, Nizami Rayon Polis İdarəsinin əməkdaşları meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Related Post

İşıqforun qırmızı işığından keçən mopedi avtomobil vurub, xəsarət alan var – FOTO – VİDEOİşıqforun qırmızı işığından keçən mopedi avtomobil vurub, xəsarət alan var – FOTO – VİDEO

Bakıda işıqforun qırmızı işığından keçən mopedi avtomobil vurub, xəsarət alan var. AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, dönərxanın kuryeri kimi fəaliyyət göstərən