Son günlər düşən intensiv yağıntılar cənub bölgəsindəki sürüşmə zonalarında aktivliyi artırıb.
Xezerxeber.az məlumat verir ki, bir müddətdir mütəmadi torpaq sürüşməsinin baş verdiyi Cəlilabad- Yardımlı avtomobil yolununda təhlükəli vəziyyət yaranıb.
Torpaq sürüşməsi ətraf ərazidəki qəbiristanlıq və yaşayış evləri üçün də təhlükə yaratmağa başlayıb. Kənd sakinlərinin sözlərinə görə, yol boyu sürüşmə aktivliyi hər gün bir neçə santimetr artır. Buna görə yolun kənarından getmək istəyən maşınlar bəzən qəzaya düşür.
Kənd sakinlərinin sözlərinə görə, qarşıdakı günlərdə yağıntılar mütəmadi davam edərsə ərazidəki torpaq sürüşməsinin miqyası daha da genişlənə bilər. Sözügedən yol Yardımlı rayonu ilə yanaşı Cəlilabadın 40-a yaxın kəndini rayon mərkəzi ilə birləşdirir.