Avtoreyd.Az Gündəm Qazaxıstanda benzin bahalaşıb

Qazaxıstanda benzin bahalaşıb


Qazaxıstanda benzinin satış qiyməti qalxıb.

AvtoReyd.Az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, bəzi yanacaqdoldurma məntəqələrində Ai-92 markalı benzinin bir litrinin qiyməti 151 tenge olub.

“Qazpromneft” Ai-95 markalı benizinin 1 litrini 164 tengeyə, Ai-92 benzinin 1 litrini 151 tengeyə, dizel yanacağının litrini isə 150 tengeyə təklif edir.

“Aurika” yanacaqdoldurma məntəqələrində isə bu qiymətlər müvafiq olaraq 169 tenge, 151 tenge, 159 tengedir.

“Royal Petrol”un yanacaqdoldurma məntəqələrində isə Ai-98 benzini 170 tengeyə, Ai-95 – 164 tengeyə, Ai-92 – 150 tengeyə, dizel yanacağı 148 tengeyə satılır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan məlumatına görə, 1 Qazaxıstan tengesinin məzənnəsi 0,0050 manatdır.

Related Post

Sürücülük vəsiqələri beynəlxalq standartlara cavab vermir – DƏYİŞİKLİK OLACAQSürücülük vəsiqələri beynəlxalq standartlara cavab vermir – DƏYİŞİKLİK OLACAQ

Azərbaycanın sürücülük vəsiqələri beynəlxalq standartlara cavab vermir. Odur ki, Azərbaycanda sürücülük hüququ ilə bağlı yeni altkateqoriyalar müəyyənləşdirilir. Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı ”Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişiklik edilir.

Zaqatala-Balakən-Mazımçay avtomobil yolunun təmirinə 24,6 milyon manat ayrılıbZaqatala-Balakən-Mazımçay avtomobil yolunun təmirinə 24,6 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. AvtoReyd.Az-ın məlumatına görə, bu məqsədlə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 24,6