Avtoreyd.Az AvtoSığorta Sürücü “Azərsığorta”dan narazıdır – Dəymiş ziyanı ala bilmir – VİDEO

Sürücü “Azərsığorta”dan narazıdır – Dəymiş ziyanı ala bilmir – VİDEO


Qəzaya düşən sürücü sığorta şirkətindən dəymiş ziyanı ala bilmir.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Cəlilabad sakini Eldar Mirzəyevin başına gəlib. Sürücünün sözlərinə görə, yol-nəqliyyat hadisəsi avqust ayında paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.

Sürücü Eldar Mirzəyev qəzadan sonra avtomobilini ustaya aparıb və ona dəymiş ziyanı hesabladıb. Zərərçəkmiş iddia edir ki, onun avtomobilinin 700 manat xərci var. S

O, məsələ ilə bağlı dəfələrlə hadisəni törədən sürücünün icbari sığorta şirkətinə müraciət etsə də, bildiriblər ki, onlar yalnız 200 manat verə bilərlər.

Məsələ ilə bağlı adı hallanan “Azərsığorta” şirkətindən ”Xəzər Xəbər”ə bildirdilər ki, vətəndaşa dəymiş ziyanı şirkətin ekspertləri araşdırma apardıqdan sonra qiymətləndiriblər. Ola bilsin ki, həmin şəxs dəymiş ziyanı şişirdir. Əgər sürücü narazılıq edirsə, yenidən icbari sığorta şirkətinin baş ofisinə müraciət etməlidir. Bu halda qiymətləndirmə sürücünün öz iştrakı ilə həyata keçirilə bilər.

Related Post

Sığorta şirkətləri tərəfindən qəzalı maşınların təmiri yeni şərtlərlə həyata keçiriləcəkSığorta şirkətləri tərəfindən qəzalı maşınların təmiri yeni şərtlərlə həyata keçiriləcək

Azərbaycanda sığorta şirkəti tərəfindən qəzalı avtomobillərin təmir edilməsi yeni şərtlərlə həyata keçiriləcək. Xezerxeber.az-ın məlumatına görə, avtomobilin təmir edilən bütün hissələrinə minumum 1 il zəmanət veriləcək və təmirin dəqiq müddəti əvvəlcədən

Sığorta şirkətinin fırıldağı ifşa edildi – Vətəndaşın adından 4 avtomobil sığorta edilib (Video)Sığorta şirkətinin fırıldağı ifşa edildi – Vətəndaşın adından 4 avtomobil sığorta edilib (Video)

Sığorta şirkətlərindən biri Cəlilabad sakininə qarşı fırıldaqlıq edib. Bunu zərərçəkmiş şəxs iddia edir. İddiaya görə, xəbəri olmadan onun adından 4 avtomobili icbari sığorta ediblər. AvtoReyd.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, hadisə