Avtoreyd.Az Gündəm Bakıda yeni çəkilmiş yol belə çökdü – ŞOK GÖRÜNTÜ – (VİDEO+FOTO)

Bakıda yeni çəkilmiş yol belə çökdü – ŞOK GÖRÜNTÜ – (VİDEO+FOTO)


“APA-Economics” xəbər verir ki, paytaxtın Nizami rayonunda yerləşən Mehdi Abbasov küçəsinin (“İmperator” şadlıq sarayının qarşısı) bir hissəsində çökmə qeydə alınıb.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli “APA-Economics”ə açıqlamasında bildirib ki, həmin yolun altından kanalizasiya kollektoru keçir və onun istismar müddəti bitib: “Kollektorun çökməsi nəticəsində yolda çökmə baş verib. Kanalizasiya suları yol yatağını yuyub, nəticədə 2-3 metr dərinliyində quyu əmələ gəlib”.

Qurum rəsmisi əlavə edib ki, hadisə yerinə “Azəravtoyol” ASC-nin və “Azərsu” ASC-nin əməkdaşları cəlb olunublar. “Fəsadlar aradan qaldırılacaq. Əvvəlcə kollektorun bərpası işi aparılacaq. Bundan sonra yolun bərpası istiqamətində addımlar atacağıq”, – deyə o bildirib.

Ötən gün “Azəravtoyol” ASC-nin yaydığı məlumatda bildirilib ki, intensiv yağışlar nəticəsində dünən səhər saatlarında Yasamal rayonu, Musabəyov parkının arxasında, Mirəli Seyidov küçəsində yolda çökmə hadisəsi baş verib.

http://www.youtube.com/watch?v=mhrTR8BMZ7E

Related Post

Masazır və Ceyranbatan qəsəbələrində yeni yerüstü piyada keçidləri inşa olunub – FOTOMasazır və Ceyranbatan qəsəbələrində yeni yerüstü piyada keçidləri inşa olunub – FOTO

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda (Bakı-Sumqayıt yolu) daha 2 metal konsturiksiyalı yerüstü piyada keçidlərinin inşası yekunlaşıb. Söhbət yolun Masazır qəsəbəsindən keçən 13.7-ci və Ceyranbatan

Goranboyda yol tikintisinə 5,7 milyon manat ayrılıbGoranboyda yol tikintisinə 5,7 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. AvtoReyd.Az-ın məlumatına görə, 15 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi məqsədi