“Mitsubishi” şirkəti miniven “Xpander” istehsal edən öz yeni İndoneziya zavodunda ikinövbəli iş rejiminə keçib.
Avtoreyd.Az Publika.az-a istinadən bildirir ki, belə qərarın qəbul edilməsinə modelə olan yüksək tələbat təkan verib. Miniven “Mitsubishi Xpander” bu ilin avqust ayında, Cakarta avtosalonunda ilk dəfə nümayiş etdiriləndən dərhal sonra zavod 23 mindən çox ilkin sifariş alıb.
1.5 gücdə motoru olan, 14 min ABŞ dollarına təklif edilən avtomobilin foto və videosunu təqdim edirik:
http://www.youtube.com/watch?v=0BdRirXK3WY
http://www.youtube.com/watch?v=g52A2DD_AYQ