Avtoreyd.Az Dörd çarx Yağışlı havada ictimai nəqliyyatın fəaliyyəti necədir?

Yağışlı havada ictimai nəqliyyatın fəaliyyəti necədir?


Yağışlı havada ictimai nəqliyyatın fəaliyyətilə bağlı saytımıza məktub yazılıb. Məktubun məzmununu olduğu kimi sizə çatdırırıq.

“Salam. İşimlə əlaqədar olaraq ictimai nəqliyyatdan xüsusən Xaliq Faiqoğlu şirkətinin işlətdiyi 85 saylı marşurutdan və BakuBus-ın 21 saylı marşurutundan gün ərzində bir neçə dəfə istifadə edirəm. Əvvələ onu vurğulayım ki, 85 saylı marşurutda olan 2 qapılı  DAEWOO avtobusları şəhərdaxili daşıma üçün nəzərdə tutulmayıb. Doğrudur marşurut üzrə 3 qapılı təzə avtobuslar hərəkət edir. Amma çox nadir hallarda yağışlı havada mən o avtobuslardan birini də görmədim. İlk olaraq onu deyim ki səhər tezdən 85 saylı avtobusa minmək qeyri mümkündür. Ən yaxşı halda sən bunu ancaq son dayanacaqda rahatlıqla edə bilərsən.Yağışlı havada isə avtobuslar arası interval  20-25 dəqiqə olur.

Sürücüyə sual verirəm niyə belə gec işləyirsiniz? Deyir 4-5 avtobusumuz Şamaxinkada tıxaca düşüb. Deyirəm Şamaxinkada tıxaca düşən avtobuslara görə 28 MAY-da və digər dayanacaqlarda avtobus gözləyən niyə əziyyət çəkməlidir? Hanı sənin qarajından belə hallarda buraxılmalı olan ehtiyyat avtobuslar? Suallar cavabsız olaraq qalır. Eyni hallar axşam saatlarında da təkrarlanır.

Digər bir məsələ hava qaralan kimi son dayanacaqda duran marşurut nizamlayıcılar yoxa çıxır. Kimdən məlumat soruşasan? Dərdini kimə deyəsən? Yığırsan təbii ki NİİM-in 141 saylı qaynar xəttini. 5 dəqiqə xəttə gözləyirsən , 1 manata yaxın pulun gedir zəngə görə mobil operatora di gəl telefona cavab verən yoxdur. Axşam saatlarında NİİM-in 141 saylı telefon xətti işləmir.

 

Bir sözlə  əgər 85 saylı marşurutdan istifadə edəcəksənsə güclü sinir sisteminə malik olmalısan. Yoxsa günün birində elə 85 saylı avtobus içində əsəbdən həyatını itirəcəksən.

AvtoReyd.Az

Related Post