Rusiya yeni ZVM-2901 yüksək keçid imkanlarına malik, vintli-özügedən nəqliyyat vasitəsini Nijni Novqorod vilayətinin bataqlıq bölgəsində sınaqdan keçirib.
Qeyd edək ki, bu avtomobillər 1970-ci ildə SSRİ zamanında hazırlanıb və indi daha da modernləşdirilib. Avtomobil Xizəkli-tırtıllı avtomobillər (ZVM) zavodu tərəfindən bərpa olunub. Zavodun direktoru Aleksey Anikin bildirib ki, biz fəxr edirik təxminən 30 illik fasilədən sonra bu avtomobillərin istehsalını yenidən bərpa edə bilmişik./faktxəbər