Avtoreyd.Az Dörd çarx Avtomobilin üzərinə səhvən həbs qoyulub – VİDEO

Avtomobilin üzərinə səhvən həbs qoyulub – VİDEO


Bankın tələb etdiyi maşının markası “Nissan”, həbs qoyulan maşının markası isə “Mercedes”dir.

AvtoReyd.Az Xezerxeber.az-a istinadən məlumat verir ki,əslən Massalıdan olan və Sumqayıtda yaşayan Emin Həmidovun idarə etdiyi minik avtomobili bir müddət əvvəl yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Ona avtomobilin axtarışda olduğu bildirilib və maşın cərimə meydançasına yerləşdirilib. Emin Həmidov məsələni araşdırdıqda məlum olub ki, banklardan biri kredit borcu olan şəxsin 6 ədəd avtomobilinə həbs qoydurub. Lakin icra sənədində göstərilən avtomobilin markası ilə saxlanılan maşının markası uyğun gəlmir.

Emin Həmidov deyir ki, indiyədək heç bir banka borcu olmayıb. Sənədlərdəki maşınlar da tam başqadır. Bunu sübut edən sənədləri icra məmuruna təqdim etdikdən sonra maşın cərimə meydançasından çıxarılıb.

Emin Həmidov bildirir ki, polisdən ona deyibləri ki, maşınının üzərində bankın məhkəməyə təqdim etdiyi sənəd əsasında həbs qoyulub. Avtomobilin sahibi banka da gedib. Oradan isə bildirilib ki, onların təqdim etdiyi maşının markası “Nissan”dır. Dövlət nömrə nişanı da sənəddə göstərilən yox, başqa bir nömrədir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev “Xəzər Xəbər”ə bildirdi ki, maşının üzərinə həbs markasına görə yox, dövlət qeydiyyat nişanına görə qoyulur. Məhkəmə icraçılarından göndərilən məktubda da qeydiyyat nişanı 99 BH 551 qeyd edilib. Emin Həmidov məktubu yol polisinə göndərən quruma, yəni icra şöbəsinə müraciət etməli və nömrənin yanlış qeyd olunduğunu sübuta yetirməlidir. Bu zaman icra şöbəsi də yol polisinə axtarışda olan nömrənin qeyd edildiyi və əvvəlki nömrənin səhvən yazıldığı barədə məktub göndərməlidir. Yalnız bundan sonra həmin maşın barəsindəki axtarış ləğv ediləcək.

Related Post

Diqqqət! Rənglənmə işləri aparılacaq (Video)Diqqqət! Rənglənmə işləri aparılacaq (Video)

Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin  İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Anar Nəcəflinin AvtoReyd.Az–a verdiyi məlumata görə,avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 46-50-ci kilometrliyində üfüqi nişanlanma xətlərinin yenidən

11 ay ərzində 267 km qəsəbədaxili küçə və yol təmir edilib11 ay ərzində 267 km qəsəbədaxili küçə və yol təmir edilib

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə problemlər yaranan Bakı şəhərinin qəsəbədaxili yollarında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar olaraq dövlət başçısının tapşırıq və sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks