Avtoreyd.Az Gündəm Lənkəran-Lerik avtomobil yolu nəzarətdə saxlanılır – FOTO

Lənkəran-Lerik avtomobil yolu nəzarətdə saxlanılır – FOTO


Bir-neçə gündür yağan aramsız yağışlar dağlıq və dağətəyi rayonlarda sürüşmə zonalarını aktivləşdirib.

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə, Lerik rayonunda sel sularının yaranması və sürüşmənin aktivləşməsi nəticəsində Lənkəran-Lerik avtomobil yolunun bir-neçə nöqtəsində dağ yamaclarından yolun hərəkət hissəsinə qaya parçaları, palçıq və ağac tökülüb. Nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində problümlər yaranıb.

Əraziyə dərhal “Azəravtoyol” ASC-nin əməkdaşları və ağır texnikası cəlb olunub.

Qısa müddət ərzində yolun hərəkət hissəsi qaya, palçıq və ağac qalıqlarından təmizlənərək avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hazırda yol nəzarət altında saxlanılır.

Related Post

Yol polisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Təmiz hava” aylığı keçirəcəkYol polisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Təmiz hava” aylığı keçirəcək

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində avqustun 1-dən 31-dək «Təmiz hava» aylığı keçirəcək. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə,