Bir-neçə gündür yağan aramsız yağışlar dağlıq və dağətəyi rayonlarda sürüşmə zonalarını aktivləşdirib.

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə, Lerik rayonunda sel sularının yaranması və sürüşmənin aktivləşməsi nəticəsində Lənkəran-Lerik avtomobil yolunun bir-neçə nöqtəsində dağ yamaclarından yolun hərəkət hissəsinə qaya parçaları, palçıq və ağac tökülüb. Nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində problümlər yaranıb.

Əraziyə dərhal “Azəravtoyol” ASC-nin əməkdaşları və ağır texnikası cəlb olunub.

Qısa müddət ərzində yolun hərəkət hissəsi qaya, palçıq və ağac qalıqlarından təmizlənərək avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hazırda yol nəzarət altında saxlanılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.