Xəbər verdiyimiz kimi, aktrisa Pərvin Abıyevanın avtomobili xəbərsiz şəkildə cərimə meydançasına aparılıb.
AvtoReyd.Az xəbər verir ki, publika.az-a açıqlama verən aktrisa dünən yayılan informasiyalardan sonra telefonunun susmadığını bildirib: “Dünəndən telefonlarım susmur. Mən dünənki açıqlamamda da bildirdim ki, cəriməm olub, bilməmişəm. Mənə bildiriş gəlməyib. Xəbər tutan kimi, ödənişimi etmişəm. Həmin gecə cəriməmi ödəyib, avtomobilimi çıxardım. Yol Polisi ilə aramızda olan problemi də həll etmişik”.