Bakı-Quba şosesinin Xızı rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AvtoReyd.Az“Report”a istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobil yol kənarındakı maneələrə çırpılıb.
İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb. Ölənlərdən biri 20-25 yaşlı Rusiya vətəndaşıdır.
Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib. Xidmətin əməkdaşları ölənlərdən birinin – sıxılmış vəziyyətdə qalmış sürücü, 1990-cı il təvəllüdlü Nağıyev Zəki Nağı oğlunun cəsədini deformasiyaya uğramış avtomobildən çıxarmağa çalışırlar.
Faktla bağlı araşdırma aparılır.