Avtoreyd.Az Gündəm Məsuliyyət onların üzərinə düşür

Məsuliyyət onların üzərinə düşür


Yollarda təmir işləri aparılmadan əvvəl kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlara müraciət olunur.

Bu barədə AvtoReyd.Az-a Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, son günlər istər sosial şəbəkələrdə, istəsə də bəzi xəbər saytlarında yolların, küçə və prospektlərin yenidən qurulması, bərpası zamanı işlərin digər aidiyyəti qurumlarla (yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlar) koordinasiyasız aparılması və nəticədə yollarda sonradan müəyyən problemlərin yaranması barədə məlumatlar yayılır: “Rəsmi olaraq bildirmək istəyirik ki, yollar, küçə və prospektlər yenidən qurulan zaman, hətta təmir işləri aparılmamışdan öncə yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlara mütləq şəkildə müraciət olunur.

Əgər işlərin aparıldığı yollarda həmin qurumların dəyişdirilməsi və ya yeni çəkilməsi lazım olan kommunikasiya xətləri varsa, bu işlər aparılır. Əgər sözügedən qurumlar orda hər hansı bir işin aparılmasının zərurəti olmadığı barədə Azəravtoyol ASC-ə məlumat verirlərsə o zaman bizim tərəfimizdən təmir işlərinə başlanılır”.

Anar Nəcəfli qeyd edib ki, istənilən halda əgər təmir və ya yenidənqurma işlərindən sonra yollarda kommunikasiya xətləri ilə bağlı hər hansı bir problem yaşanırsa, bunun məsuliyyəti birbaşa olaraq həmin xətlərə cavabdeh olan qurumların üzərinə düşür.

Related Post