Sabirabadda Şəhriyar kəndi ərazisində ağır yol qəzası baş verib.
AvtoReyd.Az teleqraf.com-un məlumatına görə, “Kamaz” markalı yük avtomobili ilə “Mersedes” markalı avtomobil toqquşub.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə nəticəsində ağır xəsarət almış Etibar Məzahir oğlu Eyvazlı dünyasını dəyişib.
Məlumata görə, qəza dumanlı hava səbəbindən baş verib. Avtomobillərin toqquşması nəticəsində hadisə yerində ölən üç nəfərin meyiti FHN-nin xilasediciləri tərəfindən çıxarılıb.