Avtoreyd.Az Hadisə Lənkəranda avtomobil maneəyə çırpılıb, 2 nəfər xəsarət alıb

Lənkəranda avtomobil maneəyə çırpılıb, 2 nəfər xəsarət alıb


Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az APA-ya istinadən verdiyi məlumata görə, “Pikap” tipli avtomobil yeni tikilən yolda idarəetmənin itməsi nəticəsində maneəyə çırpılıb. Nəticə avtomobildə olan 2 nəfər xəsarət alaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəsarət alanların Kürdəmir rayon sakini – 1990-cı il təvəllüdlü Feyruz Məlikov və Astaranın Artuba kənd sakini, 1982-ci il təvəllüdlü Elmin Təyyar oğlu Məmmədov olduğu bildirilir. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

İlkin məlumata görə, xəsarət alanlar Ələt-Astara-İran yolunun tikintisində çalışırlar.

Fakt araşdırılır.

AvtoReyd.Az

Related Post

Lənkəranda bir qrup şəxs “Azərişıq” ASC-yə məxsus avtomobili yandırıbLənkəranda bir qrup şəxs “Azərişıq” ASC-yə məxsus avtomobili yandırıb

Lənkəran rayonunda “Azərişıq” ASC-yə məxsus avtomobil yandırılıb. AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Liman şəhəri, H.Aslanov küçəsində baş verib. Məlumata görə, həmin küçədə elektrik naqillərinin şəbəkədən ayrılması üçün əraziyə göndərilən işçilərlə