Avtoreyd.Az Hadisə Şəkidə 48 yaşlı kişi qəzanın qurbanı oldu – VİDEO

Şəkidə 48 yaşlı kişi qəzanın qurbanı oldu – VİDEO


Şəkidə minik avtomobili piyadanı vurub. Piyada ağır vəziyyətdə körpünün altında aşkarlanıb. Sürücü hadisə yerindən qaçsa da, bir müddət sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

Minik avtomobilinin piyadanı vurması ölümlə nəticələnib.

Hadisə ötən axşam Şəkinin Baş Zəyzid kəndində qeydə alınıb. Kənd sakini, 48 yaşlı Kamal Qudalasov ağır bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Kamal Qudalasovu xəstəxanaya aparan şəxs ifadəsində bildirib ki, onu Vərəzət kəndi ərazisindəki körpünün altında ağır vəziyyətdə tapıb. Polisin apardığı ilkin araşdırma zamanı məlum olub ki, Kamal Qudalasov həmkəndlisi Maarif  Əhmədovun idarə etdiyi minik avtomobili tərəfindən vurulub. Sürücü Maarif Əhmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Related Post

Hacıqabulda yol qəzası baş verib, yol təsərrüfatına ziyan dəyib (Foto)Hacıqabulda yol qəzası baş verib, yol təsərrüfatına ziyan dəyib (Foto)

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtmobil yolunun 110-cu km-də, magistral yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib. AvtoReyd.Az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir