Avtoreyd.Az Gündəm Bakı-Naxçıvan dəmiryolu nə vaxt açılacaq?

Bakı-Naxçıvan dəmiryolu nə vaxt açılacaq?


Bakıdan Naxçıvana dəmir yolu xətti yaradılacaq.

AvtoReyd.Az məlumat verir ki ,bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu xəttin yaradılması Türkiyə və ya İran üzərindən mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra Qarsdan Sədərəkə dəmir yolu xətti çəkilə bilər. Bu layihənin dəyəri 2-2,5 milyard dollar təşkil edir. Türkiyə dövlətinin bu maliyyəni nə vaxt ayıracağı məlum deyil.

C.Qurbanovun sözlərinə görə, Bakıdan Naxçıvana dəmir yolu əlaqəsinin yaradılması İran istiqamətindən də həyata keçirmək mümkündür. İranda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi tikildikdən sonra, bu ölkədən keçərək 1450 kilometr məsafəni qatarla Bakıdan Naxçıvana qət etmək mümkün olacaq. Bu yolun maliyyə dəyəri 1 milyard dollar təşkil edir. İran tərəfi yolun torpağını almağı öhdəsinə götürüb. Bütün bu tikinti işləri yekunlaşandan sonra İrandan keçməklə yəni 1450 kilometr ötməklə Bakıdan Naxçıvana məsafə qət edə biləcəyik. Dövlət başçısı da bu layihənin reallaşmasında maraqlıdır.

Related Post

Prezident avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Prezident avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Balakən rayonunun Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. AvtoReyd.Az xəbər verir ki, sərəncama əsasən, doqquz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Balakən–Hənifə–Gülüzanbinə