Cəlilabadda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
AvtoReyd.Az “Report”un Aran bürosuna istinadən məlumat verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Maşlıq kəndindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı “Kamaz” markalı yük və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alıb. Yaralı sürücü dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.