Avtoreyd.Az Hadisə Bakıda “Prado” ilə “Moskviç” toqquşub, 1 nəfər ölüb, 1-i yaralanıb – FOTO

Bakıda “Prado” ilə “Moskviç” toqquşub, 1 nəfər ölüb, 1-i yaralanıb – FOTO


Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində “Moskviç” və “Toyota Prado” markalı minik avtomobillərinin toqquşması nəticəsində qeydə alınıb.

Dairəyə daxil olan “Moskviç” hərəkətini davam etdirərkən “Toyota” yüksək sürətlə gələrək gözləmə nişanının tələbini pozub və “Moskviç”in orta hissəsinə çırpılıb.

Nəticədə 1963-cü il təvəllüdlü Hüseynov Tofiq Şahverdi oğlu ölüb, onun sərnişini, 1970-ci il təvəllüdlü Babayev Mürsəl Xanlar oğlu isə ağır yaralanıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

AvtoReyd.Az

Related Post

İsveç paytaxtının mərkəzində sürücü yük avtomobilini piyadaların üstünə sürüb.(video)İsveç paytaxtının mərkəzində sürücü yük avtomobilini piyadaların üstünə sürüb.(video)

  İsveç paytaxtının mərkəzində sürücü yük avtomobilini piyadaların üstünə sürüb.  Bu haqda məlumatı “Aftonbladet” nəşri yayıb. TT agentliyi polisə istinadən bildirib ki, Stokholmda sürücünün yük avtomobilini insanların üstünə sürməsi nəticəsində

İstirahət günləri yol qəzalarında 7 nəfər ölüb, 8 nəfər xəsarət alıbİstirahət günləri yol qəzalarında 7 nəfər ölüb, 8 nəfər xəsarət alıb

İstirahət günlərində respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.   Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 7 nəfər