Avtoreyd.Az Avtoxəbər Yol polisi defisi silinən nömrələri belə standart vəziyyətə gətirir – VİDEO

Yol polisi defisi silinən nömrələri belə standart vəziyyətə gətirir – VİDEO


Artıq bir neçə gündür yol polisi standartlara cavab verməyən nömrələrin bərpası işinə başlayıb.

Avtomobilin nömrəsində defis işarəsi silinən sürücülər istənilən yol polis postuna yaxınlaşaraq, 2-3 dəqiqə müddətində nömrəsində olan qüsuru aradan qaldıra bilər.

Xezerxeber.az-ın məlumatına görə, dövlət nömrə nişanı açılmadan 2-3 dəqiqəyə standarta uyğunlaşdırılır.

Görüntülər Bakı-Sumqayıt yolunun Baş Dövlət Yol Polis İdarəsinin ”Saray” postundandır.

Baş Dövlət Yol Polis İdarəsinin müvafiq göstərişi ilə stasionar postda yol polisi avtomobilinin nömrəsində defisi silinən sürücüləri saxladır. Onlara əvvəlcə məsələ ilə bağlı məlumat verilir, daha sonra nömrənin defisi normal hala salınır.

Dövlət nömrə nişanında qüsur olan sürücülərin böyük əksəriyyəti isə bundan xəbərsiz olduqlarını deyirlər.

Dəmir çərçivəni nömrənin üzərinə qoymaqla yol polisi bu işi 2-3 dəqiqə müddətində ödənişsiz həyata keçirir. Yol polislərinin verdikləri məlumata görə, həmin boya nömrəni yazan maddədəndir.

Nömrədəki defisin başqa yerdə bərpasına gəlincə isə, Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev ”Xəzər Xəbər”ə bildirdi ki, istənilən şəxs nömrəsində olan bu çatışmazlığı öz ustasına düzəltdirə bilər. Amma gərək həmin defis səliqəli şəkildə rənglənsin və nömrənin digər hissələri zədələnməsin.

Related Post

Tyunerlər Lada Xray-in üzərində çalışaraq onu güclü audiosistemlə təhciz edilmiş yolsuzluq avtomobilinə çevirib(foto)Tyunerlər Lada Xray-in üzərində çalışaraq onu güclü audiosistemlə təhciz edilmiş yolsuzluq avtomobilinə çevirib(foto)

Rusiyanın Sankt-Peterburq şəhərində əsaslanan İntey firması artıq neçə ildir ki, multimedia həvəskarlarını öz orijinal işləriylə sevindirir. Bu dəfə “İntey Tuning” mütəxəssisləri Lada XRay üzərində çalışıblar. Tyunerlər tərəfindən işlənmiş Lada Xray-in