Avtoreyd.Az Dörd çarx Avtobus sürücüləri “Giriş qadağandır” nişanına niyə məhəl qoymur? – VİDEO

Avtobus sürücüləri “Giriş qadağandır” nişanına niyə məhəl qoymur? – VİDEO


“Giriş qadağandır” nişanı olsa da, sərnişin avtobuslarının sürücüləri buna məhəl qoymur.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Səbail rayonu, Yeni Salyan şossesinin Bibiheybət mescidi yaxınlığından keçən hissəsindən gedir. Şossenin Xanlarov küçəsi ilə kəsişməsində avtomobillərin girişini qadağan edən nişan quraşdırılıb. Ancaq bu nişanın tələbləri bəzi hallarda avtobus sürücüləri tərəfindən pozulur.

Qaydaları niyə pozduqlarını soruşanda isə sürücülər bildirdilər ki, onları buna sərnişinlər vadar edir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə bildirdi ki, avtobusların Yeni Salyan şössesindən birbaşa Xanlar küçəsinə dönməsi qadağandır. Sözügedən ərazidə radar quraşdırılıb. Radarlar mütəmadi olaraq həmin yolda qayda pozanları qeydə alır. Buna görə də sürücülər sərnişinlərin yersiz istəyinə yox, qanunun tələblərinə riayət etsin ki, onlara heç bir cərimə yazılmasın.

Related Post

Nəqliyyatın hərəkətindən dəyişiklik: Bu dairəyə işıqforlar quraşdırıldı – VİDEONəqliyyatın hərəkətindən dəyişiklik: Bu dairəyə işıqforlar quraşdırıldı – VİDEO

Daha bir dairədə də hərəkət işıqforlarla tənzimlənəcək. Söhbət tez tez qəzaların baş verdiyi Masazır dairəsindən gedir. Artıq dairənin bütün yolayrıclarına işıqforlar quraşdırılıb. Pik saatlarında sıxlığa səbəb olan Masazır dairəsinə işıqfor