Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 22:00-dan Bakının Heydər Əliyevvə Babək prospektlərinin, eləcə də Yusif Səfərov küçəsinin kəsişməsindəki yol qovşağında üfüqi nişanlanma xətləri yenidən çəkiləcək.
AvtoReyd.Az “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, bununla əlaqədar avtomobillərin hərəkəti qismən (yol bağlanmadan) məhdudlaşdırılacaq.
Rənglənmə işləri səhər saatlarına qədər yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.