Avtoreyd.Az Gündəm Ağsu aşırımında sürüşmə olub, magistral yolda çatlar əmələ gəlib – VİDEO

Ağsu aşırımında sürüşmə olub, magistral yolda çatlar əmələ gəlib – VİDEO


opaq sürüşməsi magistral yolun çökməsinə səbəb oldu.

Xezerxeber.az-ın məlumatına görə, Bakı-Şamaxı-Yevlax yolunun bir neçə hissəsində çatlar yaranıb.

Son günlər davamlı yağan yağışlar sürüşməyə meyilli ərazilərdə aktivliyə səbəb olub. Əsasən Şamaxı və Ağsu ərazilərində mövcud sürüşmə nöqtələrində uçqunlar qeydə alınıb.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşrımından keçən hissəsində 3 nöqtədə sürüşmə baş verib.Yolda çatlar yaranıb. Sürüşmə əsasən yolun 142,148 və 153 kilometrliyindədir.

Yağışlardan sonra dağın yamac hissəsində böyük torpaq axını baş verib. Sürücülərin hərəkətinə ciddi maneə olmasa da rayon yol idirəsinin əməkdaşları deyilən ərazilərdə nəzarəti artırıb.

Related Post