Avtoreyd.Az Hadisə Bərdədə mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var – FOTO

Bərdədə mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var – FOTO


Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb.

Belə ki, Bərdə rayon sakini, 23 yaşlı Xəyal Fəxrəddin oğlu Quluyevə məxsus “Mercedes” markalı mikroavtobusla Firdovsi Verdiyevin idarə etdiyi “Shacman” markalı yük maşını toqquşub. Nəticədə mikroavtobusun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Şahidlərin sözlərinə görə, yük avtomobili yol kənarında dayanan mikroavtobusu arxadan vurub. Qəza zamanı mikroavtobusda sərnişinlər olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Related Post

Bakı-Şamaxı yolunda avtomobil aşdı – Sürücü və həyat yoldaşı xəstəxanalıq oldu – VİDEOBakı-Şamaxı yolunda avtomobil aşdı – Sürücü və həyat yoldaşı xəstəxanalıq oldu – VİDEO

Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. AvtoReyd.Az ARB TV-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini 25 yaşlı Ceyhun Kərimov “KİA” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarə