Avtoreyd.Az Dörd çarx Yol polisi maşın təmiri sexlərinə nəzarəti gücləndirir – REYDLƏR BAŞLAYIR – VİDEO

Yol polisi maşın təmiri sexlərinə nəzarəti gücləndirir – REYDLƏR BAŞLAYIR – VİDEO


Yol polisinin arayışı olmadan qəzaya uğryan avtomobili təmir edən ustalar cərimələnir. Bu, qanunda və Nazirlər Kabinetinin əsasnaməsində göstərilsə də, tələblərə bir o qədər də ciddi əməl olunmurdu.

Xezerxeber.az-ın məlumatına görə, artıq yol polisləri bu cür təmir sexlərində reydlər keçirəcəklər. Dövlət Yol Polisinin icazəsi olmadan nəqliyyat vasitəsinin üzərində dəmirçi və rəngsaz işlərinin görülməsinə görə, böyük məbləğdə cərimə də var.

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, arayışın tələb olunması həm “Yol hərəkəti haqqında” qanunun tələbidir, həm də Nazirlər Kabinetinin xüsusi göstərişi ilə bağlıdır.

Eyni zamanda, həmin avtomobil sürücüsünü hadisə ilə bağlı yol polisinə vermədiyi məlumat üçün inzibati qaydada protokol tərtib edilə bilər. Ona görə də yol-nəqliyyat hadisəsi baş verirsə, dəymiş maddi zərərlə, yaxud tələblər arasında dəymiş maddi zərərin məbləğindən və şikayətin olub-olmamasından asılı olmayaraq, hadisə mütləq dövlət yol polisində qeydiyyatdan keçməli, arayış tərtib edilməlidir.

Kamran Əliyev, bunun ancaq qəzaya uğramış avtomobillərə aid olduğunu deyir.

Burda əsas məqsəd gizlədilən qəzaların aşkarlanmasıdır. Şöbə rəisinin sözlərinə görə, yol-nəqliyyat hadisələrində ölümlə nəticələnən və bağlı qalan bir neçə hadisə belə yoxlamalar zamanı aşkara çıxıb. Ona görə də yol polisi rəngsazların, avtomobil təmiri sexlərinədə mütəmadi olaraq araşdırmalar aparırlar.

15 ildir avtomobil rəngləmə işi ilə məşğul olan usta Vaqif Əmirxanov da qəzalı avtomobilləri polisin icazə sənədi olmadan təmir etmədiyini deyir. O, hətta ayda 4-5 belə sürücünü geri qaytardığını da bildirdi.

Sürücülər isə heç vaxt belə bir probləmlə üzləşmədiklərini deyirlər. İstənilən vaxt avtomobildə əzik və ya rənglənmə işini rahatlıqla təmir etdirdiklərini bildirdilər.

Belə faktların qarşısını vaxtında almaq üçün yol polisi nəzarəti gücləndirib. Hətta vətəndaş avtomobilini boyanmamış vəziyyətdə idarə etdiyi halda, yol polisi tərəfindən saxlanılıb, səbəbləri araşdırıla bilər.

Related Post

175 nömrəli marşrut xətti üzrə yeni dayanacaq məntəqəsində yol nişanları qoyulub (Foto)175 nömrəli marşrut xətti üzrə yeni dayanacaq məntəqəsində yol nişanları qoyulub (Foto)

175 nömrəli marşrut xətti üzrə sərnişindaşımanın mövcud qaydalara uyğun təşkili məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib. AvtoReyd.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin

Binəqədi rayonunda bir-neçə küçədə aparılan təmir işləri yekunlaşdırılıb – VİDEO / FOTOBinəqədi rayonunda bir-neçə küçədə aparılan təmir işləri yekunlaşdırılıb – VİDEO / FOTO

Binəqədi rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir-neçə küçədə aparılan kompleks yenidənqruma işləri yekunlaşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,söhbət bir-biri ilə kəsişən Məsud Davudoğlu,Şota Rustavelli, Svetlana