Avtoreyd.Az Gündəm BNA-nın baş direktoru “Qarabağ” – “Roma” oyunundan sonra yaranan nəqliyyat probleminə aydınlıq gətirib

BNA-nın baş direktoru “Qarabağ” – “Roma” oyunundan sonra yaranan nəqliyyat probleminə aydınlıq gətirib


“Dəmiryolu vağzalında, hava limanında taksilərin fəaliyyəti tənzimlənəcək. Bununla bağlı təkliflərimizi təqdim etmişik”.

AvtoReyd.Az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli “ASAN Radio”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə fəaliyyət göstərən taksilərə müəyyən tələblər qoyulacaq: “Taksi sürücüləri dürüst olmalıdırlar. Avtobus dayanacaqlarında taksilərin maneə törətməsi ilə bağlı da müzakirələr aparılır”.

V.Kərimli “Qarabağ” – “Roma” oyunundan sonra Bakı Olimpiya Stadionundan çıxan azarkeşlərin daşınması ilə bağlı yaranmış problemə də aydınlıq gətirib: “Düzdür, müəyyən çətinliklər oldu. Oyun üçün zəruri olan 453 avtobus ayrılmışdı. Ancaq stadiona gələn azarkeşlər səhvən başqa istiqamətə yönləndirilmişdi. Biz gələcəkdə belə problemlərlə qarşılaşmamaq üçün strateji plan hazırlamışıq, hökumətə və təşkilatçılara təqdim edəcəyik. Belə tədbirlər zamanı təşkilatçılar əvvəlcədən işin koordinasiya olunması üçün Bakı Nəqliyyat Agentliyinə müraciət etməlidirlər”.

AvtoReyd.Az

Related Post

BNA avtobus sürücüsünün polis tərəfindən saxlanmasına aydınlıq gətirib (Foto)BNA avtobus sürücüsünün polis tərəfindən saxlanmasına aydınlıq gətirib (Foto)

Bakı Nəqliyyat Agentliyi marşrut avtobusunun sürücüsünün polis tərəfindən saxlanması ilə bağlı məsələyə aydınlıq gətirib. Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, sentyabrın 12-də saat 21:15-də Zabrat-Maştağa yolunda Hüseyn Aslanovun idarə etdiyi