Avtoreyd.Az Gündəm Xırdalanda “bordür” dəyişmə əməliyyatı (Foto)

Xırdalanda “bordür” dəyişmə əməliyyatı (Foto)


Bu gün redaksiyamıza zəng edən oxuculardan biri Xırdalan şəhərinin düz mərkəzində – Heydər Əliyev prospektində aparılan təmir işləri ilə bağlı şikayətini bildirib.

Virtualaz.org xəbər verir ki, sakinin sözlərinə görə, tez-tez işıqları kəsilən, kanalizasiya sularının bəzi yerlərdə küçəyə axdığı və suyun mütəmadi olaraq kəsildiyi bu şəhərdə nəyə görəsə yolun ortasındakı tamamilə yeni “bordür”ları çıxarıb, yerinə yenilərini basdırırlar.

Sakinlər deyir ki, bu heç bir zərurət olmayan təmir “əməliyyatı”na çəkilən xərci şəhərin hər hansı başqa probleminin həllinə yönəltmək daha məqsədəuyğun olardı.

Oxucunun əyanilik üçün çəkib göndərdiyi fotoşəkilləri diqqətinizə çatdırırıq.

Bu arada, təmir işlərini həyata keçirən qurumun fikrini öyrənmək oxucularımız üçün də maraqlı olardı.

AvtoReyd.Az

Related Post

Prezident Astarada yol tikintisinə 3,4 milyon manat ayırıbPrezident Astarada yol tikintisinə 3,4 milyon manat ayırıb

Prezident İlham Əliyev “Astara rayonunun Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. AvtoReyd.Az xəbər verir ki, sərəncamla doqquz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi