Avtoreyd.Az Avtoxəbər ƏN ETİBARLI avtomobillər Yapon istehsalıdır – REYTİNQ

ƏN ETİBARLI avtomobillər Yapon istehsalıdır – REYTİNQ


“Consumer Reports”in ekspertləri müxtəlif marka avtomobillərin etibarlılığının ənənəvi tədqiqatını aparıblar.

AvtoReyd.Az Publika.az-a istinadən bildirir ki, tədqiqatın nəticələri üzrə 27 avtomobil şirkətinin yer aldığı reytinq təşkil edilib.

Çətin ki, nəticədə əks olunan fakt kimisə təəccübləndirəcək, reytinqin üst sətirlərini yapon avtomobilləri tutur. “Toyota” TOP-a başçılıq edir – bu markanın maşınlarında ən az nasazlıqlar qeydə alınıb. “Sportkupe GT86” ən etibarlı model seçilib.

Reytinqin ikinci pilləsində “Lexus” durur: bu markanın pərəstişkarları “Sedan ES”dən fövqəladə razıdırlar.

Etibarlılıq üzrə üçüncü yerdə “Kia” avtomobilləridir. Bu markanın ən dayanıqlı, fasiləsiz işləyən modeli “Niro” seçildi.

Həmçinin 10 fərqlənmiş marka sırasına 3 Yapon markası – “Subaru”, “Infiniti” və “Honda”, 2 Alman gözəlçəsi “Audi” və “BMW”, Amerika “Buick”i və Koreya “Hyundai”ı da daxil oldu.

Zaur H.

Related Post

Cərimə yazılıb, amma sürücü protokolla razılaşmır – mübahisəli vəziyyət yaranıb – VİDEOCərimə yazılıb, amma sürücü protokolla razılaşmır – mübahisəli vəziyyət yaranıb – VİDEO

Sumqayıtda Səməd Vurğun küçəsində ziddiyyətli bir vəziyyət yaranıb. Deməli, yol qapalıdır və sürücü geri dönməyə məcburdur, ancaq yolun ortasında qoşa xətt çəkilib. AvtoReyd.Az Xezerxeber.az-ın məlumatına istinadən verir ki, votsap nömrəmizə müraciət